Rusiya xarici işlər nazirinin müavini: “Azərbaycanla Rusiya Qəbələ RLS-lə bağlı razılıq əldə etməyə yaxındır”
06 mart 2012 09:19 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar aparılan müzakirələrdə inkişaf var”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov bu gün keçirdiyi brifinqdə deyib.
Qəbələ RLS-lə bağlı danışıqlarda iştirak etmədiyini deyən nazir müavini stansiyadan istifadə şərtləri və icarə haqqı ilə bağlı problemlər olduğunu bildirib: “Lakin onu deyə bilərəm ki, Azərbaycanla Rusiya Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı razılıq əldə etməyə yaxındır. Biz gözləniləndən də tez razılıq əldə edəcəyik”.
Nazir müavini Azərbaycan-Rusiya münasibətləri haqqında da danışıb: “Çox nadir hallarda iki dost, münasibəti belə gözəl olan ölkələr tapmaq olar. Baxmayaraq ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS, Xəzərin statusu ilə bağlı müzakirələr gedir, müəyyən problemlər var, amma bütün bunlar bizim dostluğumuza təsir etmir”.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024