ABŞ dövlət katibinin müavini: “ABŞ və Qərb ölkələri İranla müharibə etmək istəmir”
31 mart 2012 13:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Ağ Ev nüvə proqramı ilə bağlı sualların İranla “altılıq” ölkələr arasında müzakirələrdə cavab tapacağına ümid edir”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda çıxışı zamanı ABŞ dövlət katibinin silahlara nəzarətlə əlaqədar sazişlərə əməl olunması və yoxlanması məsələləri üzrə müavini Rouz Gettemüller deyib. O bildirib ki, ABŞ məsələnin sanksiyalar və danışıqlar yolu ilə həllinin tərəfdarıdır: “ ABŞ və Qərb ölkələri İranla müharibə etmək istəmir. Məsələnin sülh yolu ilə həllinə dair Rusiya rəsmilərinin də məlumatları var. Ümid edirəm ki, “altılıq” ölkələr İranı beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərməyə razı salacaqlar”.
Qeyd edək ki, İran və “altılıq” ölkələr arasında yeni müzakirə mərhələsinin 2012-ci il aprelin 14-də başlayacağı gözlənilir.
Qeyd edək ki, İran və “altılıq” ölkələr arasında yeni müzakirə mərhələsinin 2012-ci il aprelin 14-də başlayacağı gözlənilir.
Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024