QDİƏT-də sədrlik Ermənistandan Azərbaycana keçəcək
13 aprel 2012 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bu ilin may ayında Ermənistanda keçiriləcək növbəti 39-cu zirvə toplantısında Dağlıq Qarabağla bağlı məsələ qaldırıla bilər. APA-nın məlumatına görə, bunu Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT PA-nın sədr müavini Asəf Hacıyev deyib. O bildirib ki, təşkilatın nizamnaməsinə uyğun olaraq hər 6 aydan bir sədrlik dəyişdirilir. QDİƏT PA-nın ötən ilin noyabrında keçirilən toplantısında sədrlik Albaniyadan Ermənistana keçib. Bu il mayın 24-26-da assambleyanın növbəti toplantısının Ermənistanda keçirilməsi nəzərdə tutulur. Bu zaman təşkilata sədrlik Ermənistandan Azərbaycana keçəcək.
A. Hacıyev bu ilin noyabrında QDİƏT Baş Assambleyasının iclasının Bakıda keçiriləcəyini söyləyib: “Ermənistanda mayın 5-də parlament seçkiləri olacaq. Ermənistanda son seçkilərdə böyük problem yaşanıb, 10-a yaxın insan öldürülüb, 50-ə yaxın insan həbsxanaya salınıb. Bu seçkilərin nəticəsindən asılı olaraq assambleya toplantısının İrəvanda baş tutub-tutmayacağı bəlli olacaq. Əgər seçkilər yenə bu cür problemli olarsa, düşünmürəm ki, toplantı baş tutsun. Hələ bu tədbirə qatılmaq üçün dəvətnamə göndərilməyib. Nizamnaməyə uyğun olaraq bu təşkilatda münaqişələr müzakirə olunmur. Amma buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti hər iclasda Dağlıq Qarabağ məsələsinə toxunur. Təbii ki, bu iclasda da elə olacaq. İqtisadi inkişafa mane olan səbəblərdən biri də Dağlıq Qarabağ məsələsidir. Amma təəssüf ki, iqtisadi təşkilat olduğundan burada Dağlıq Qarabağ məsələsi ilə bağlı qərar qəbul oluna bilmir”.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024