Azərbaycan prezidenti ilə Bolqarıstanın baş naziri arasında təkbətək və geniştərkibli görüş olub-FOTO
26 aprel 2012 21:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Prezident ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin razılıq doğurduğunu deyib.
Dövlət başçısı Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Baş nazir Bolqarıstanla Azərbaycan arasında yaxşı əməkdaşlıq ənənələrinin olduğunu, əlaqələrin genişləndirilməsi üçün imkanların varlığını bildirib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Dövlət başçısı baş nazirin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin önəmini qeyd edib, ölkəmizin Bolqarıstanla ikitərəfli əlaqələrin konkret layihələrlə daha da genişləndirilməsində maraqlı olduğunu deyib.
Prezident enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb, nəqliyyat, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyin önəmini qeyd edib.
Öz növbəsində baş nazir də müzakirə olunan məsələlərin xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, əməkdaşlığın inkişafı və konkret sahələrdə qarşıda duran məsələlərin həyata keçirilməsi üçün müvafiq struktur rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Sonra prezident İlham Əliyev və baş nazir Boyko Borisov birgə nahar ediblər.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024