Mahmud Əhmədinejad: “Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaq”
25 may 2012 13:28 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın Milli Bayramı – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrik məktubunda iki dövlət başçısı arasında səmimi görüşlər və bu görüşlərin faydalı nəticələri xoş xatirələrlə xatırlanır: “İki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaq. Ümid edirəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq. Uca və qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm”.
Xarici siyasət
Deputat: Fransanın müstəmləkə siyasətinə qiymət verən olmayıb, Prezident İlham Əliyev ifşa etdi
20:21
16 may 2024
Kobaxidze: Azərbaycanla Ermənistanın sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq
19:45
16 may 2024
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
19:26
16 may 2024
Latviyada Azərbaycanla diplomatik münasibətlərin ildönümü ilə bağlı rəsmi qəbul keçirilib
18:31
16 may 2024