Azərbaycan prezidenti Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətini qəbul edib
05 iyun 2012 16:25 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Lord Şeyx Mohamed İltaf bu əlaqələrin gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. bp-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edən Lord Şeyx Mohamed İltaf ölkəmizlə mədəni əlaqələrlə yanaşı, biznes sahəsində əməkdaşlığın daha da genişləndirilməsində də maraqlı olduqlarını vurğulayıb.
Dövlət başçısı NATO-nun Çikaqo sammitində Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşünü və ikitərəfli əlaqələrimizlə bağlı aparılan müzakirələri məmnunluqla xatırladıb. Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli münasibətlərinin tarixinin zəngin olduğunu vurğulayan prezident İlham Əliyev enerji sektorunda, sərmayə qoyuluşu və eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlığın önəmini qeyd edib. Bu gün keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bp-nin Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu, təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu əməkdaşlıq etdiyini deyib.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024