Bakıda “Azərbaycan və Koreya xalqları arasında harmoniya” adlı konsert keçirilib - FOTOSESSİYA
21 iyun 2012 20:51 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, konsert Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan-Koreya Mədəni Əlaqələr Assosiasiyası tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Koreyanın Azərbaycanda səfiri Li Ci Xa deyib ki, 20 il ərzində iki ölkə arasında siyasi, iqtisadi, təhsil və mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edib. O deyib: “Bizim ölkələr arasında əməkdaşlıq strateji xarakter daşıyır”. Səfir bu münasibətlərin dinamik inkişafına kömək etdiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, belə konsertlərin keçirilməsi ölkələr arasında mədəni əlaqələrin inkişafına yardım edəcək.
Heydər Əliyev Sarayının səhnəsində Koreyanın “Mega Drum” kollektivi bu ölkənin milli musiqisinin ritmik kompozisiyaları ifa edib. Koreyadan B-Boy rəqs ansamblı ənənəvi və müasir rəqs janrlarında nömrələri təqdim edib.
Konsertdə Azərbaycan xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət rəqs ansamblı və “Dan ulduzu” instrumental ansambl da çıxış ediblər.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024