Türkiyənin Azərbaycandakı səfirliyində Nuru Paşanın abidəsinin açılış mərasimi keçirilib - FOTOSESSİYA - YENİLƏNİB
28 iyun 2012 16:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinin zabiti kapitan Seçkin Ceylan Qafqaz İslam Ordusunun döyüş yolu barədə təqdimat keçirib. Qeyd edib ki, ordunun keçirdiyi döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid olub, 1936 nəfər isə yaralanıb.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Nizami Cəfərov Nuru Paşanın büstünün açılışını tarixi hadisə adlandırıb. O, Nuru Paşanı Azərbaycan və Türkiyə arasında milli birliyin, bütövlüyün abidəsi adlandırıb.
Azərbaycan ictimaiyyət nümayəndələrinin, KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatları və tarixçilər də çıxış edib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxışında qeyd edib ki, Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycana öz qardaşlıq köməyini edib və tarixi missiyasını yerinə yetirib.
Səfir jurnalistlərə açıqlamasında Nuru Paşanın gələcəkdə Bakının başqa yerlərində də abidəsinin qoyulacağına inandığını söyləyib.

Xarici siyasət
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
22:02
25 may 2024
Azərbaycan XİN İordaniyanın Milli Bayramı münasibətilə təbrik ünvanlayıb
20:14
25 may 2024
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024