Qənirə Paşayeva Bosniya və Hersoqovina parlamentinin üzvü Vesna Krstovic-Spremo ilə görüşüb
14 iyul 2012 07:45 (UTC +04:00)
Bakı-APA. Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva Bosniya və Hersoqovina Parlamentinin Mərkəzi və Şərqi Avropa üzrə Dostluq Qrupunun və Azərbaycan üzrə qrupun rəsmi nümayəndəsi Vesna Krstovic-Spremo ilə görüşüb. APA-nın məlumatına görə, Vesna Krstovic-Spremo iki dost ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu və Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyib. “Iki dost ölkə arasında əməkdaşlığı daha da sürətləndirməliyik” - deyən Vesna Krstovic-Spremo Azərbaycanın bütün sahələrdə getdikcə daha da inkişafına dost ölkə olaraq sevindiklərini də bildirib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, azərbaycanlılar üçün də Bosniya və Hersoqovina dost, qardaş ölkədir. Azərbaycanın da Bosniya və Hersoqovina ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişafına önəm verdiyini deyən millət vəkili Qənirə Paşayeva parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu bildirib. O deyib ki, iki ölkənin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri arasında da əməkdaşlığın daha da genişlənməsi olduqca vacib və əhəmiyyətlidir. Vesna Krstovic-Spremonu Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili Azərbaycanla bağlı, ölkənin potensialı, imkanları, əldə etdiyi uğurlar, inkişafla bağlı ətraflı məlumat verib.
Millət vəkili Qənirə Paşayeva 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən, Xocalı soyqırımından danışıb və bununla bağlı materiallar, kitablar, fimlər təqdim edib.
Vesna Krstovic-Spremo dəvət üçün təşəkkür edib və Azərbaycana səfər etməkdən böyük məmuniyyət duyacağını deyib.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024