Azərbaycanın xarici işlər naziri Argentina hökumətinin üzvləri ilə görüşüb - FOTO
27 iyul 2012 13:32 (UTC +04:00)
Bakı – APA. İyulun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yahuar və federal planlaşdırma, dövlət sərmayələri və xidmətlər naziri Xulio De Vido ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, N. Yahuar ilə görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, xüsusilə də əkinçilik, heyvandarlıq, ət və süd məhsullarının emalı, şərabçılıq sahəsində iki ölkə arasında əməkdaşlığın aparılması müzakirə edilib. Nazirlər yaxın vaxtlarda konkret layihələrin həyata keçirilməsi üzrə işlərin görülməsi üçün işçi qrupunun görüşməsi barədə razılığa gəlib.
Xulio De Vido ilə keçirilmiş görüşdə isə Azərbaycan və Argentina arasında enerji, infrastruktur, tikinti, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanları, xüsusilə hər iki ölkənin şirkətlərinin qarşılıqlı olaraq müvafiq layihələrə cəlb edilməsi imkanları və bu istiqamətdə hər iki ölkədə mövcud layihələr barədə fikir mübadiləsi aparılıb.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024