Azərbaycan prezidenti ABŞ-ın yeni səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul edib
03 sentyabr 2012 13:21 (UTC +04:00)
APA-nın məlumatına görə, R. Morninqstar etimadnaməsini prezidentə təqdim edib.
Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
R. Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkədə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda xanımı ilə iştirak etdiyini, Heydər Əliyev və prezident İlham Əliyevlə görüşlərini xatırladıb.
Dövlət başçısı R. Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu ifadə edib.
Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev R. Morninqstara son 20 ildə münasibətlərin yaxınlaşmasına, eləcə də Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib. Prezident İ. Əliyev R. Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024