Beynəlxalq Gənclər Forumunda Dağlıq Qarabağla bağlı qətnamə qəbul olunub
18 sentyabr 2012 21:55 (UTC +04:00)
ADTGT-dan APA-ya daxil olan məlumata görə, təlim kursları “Şərq Tərəfdaşlığı Ölkələri Gənclərinin Vətəndaş Təhsili Şəbəkəsi” layihəsi çərçivəsində Gəncədə keçirilmiş beynəlxalq forumun ardınca baş tutub və “gənclərin ictimai aktivliyi”, “vətəndaş təhsili”, “vətəndaş iştirakçılığı” və “vətəndaş fəallığı” mövzularında olub.
Təlimdə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Polşa və Ruminiyanın aparıcı gənclər təşkilatlarını təmsil edən gənclər Gəncə Bəyannaməsi qəbul ediblər. Bəyannamədə Şərq Tərəfdaşlığı ölkələrinin Gənclər Şəbəkəsinin yaradılması ideyası bəyənilib, tərəfdaş ölkələrin ərazilərindəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin dəstəklənməsi xüsusi bənd olaraq qeyd olunub.
Daha sonra forum iştirakçıları Ağdam rayonuna səfər ediblər. Onlara burda münaqişənin törtdiyi fəsadlarla bağlı danışılıb, müharibədən zərərçəkən insanlarla söhbət etmək imkanı yaradılıb.
Şəhid və məcburi köçkün ailəsində olan əcnəbi gənclər bu problemin tezliklə aradan qaldırılacağına ümid etdiklərini bildiriblər.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024