Qırğızıstanın keçmiş prezidenti Şəkidə olub
04 oktyabr 2012 07:56 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Qırğızıstan Respublikasının keçmiş prezidenti Roza Otunbayeva Şəkidə olub. Şəki şəhər İcra Hakimiyyətindən (İH) APA-nın yerli bürosuna verilən məlumata görə, Roza Otunbayevanın Şəki ilə ilk tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Kiş alban məbədi ilə tanışlıqdan sonra Roza Otunbayeva Şərq memarlığının nadir incisi hesab edilən Şəki xanlarının sarayına baş çəkib. Qonaq sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr edib. R. Otunbayeva sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarlarına xüsusi maraq göstərib. Daha sonra qonaq XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub. Şəki şəhər İH-nin rəhbərliyi R. Otunbayevaya Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edib.
Xarici siyasət
Türkiyə Milli Təhlükəsizlik Şurası: Azərbaycan-Ermənistan danışıqlarının sülhü təmin edəcək razılaşma ilə nəticələnməsini arzulayırıq
21:31
28 may 2024
Gürcüstan XİN başçısının müavini: "Regional sülh üçün azərbaycanlı həmkarlarımızla var gücümüzlə işləyirik" - MÜSAHİBƏ
21:17
28 may 2024
Olena Kondratyuk: "Azərbaycan 28 Mayı beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir"
21:04
28 may 2024
Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
20:43
28 may 2024