Azərbaycanın fövqəladə hallar naziri Koreyann ölkəmizdəki səfirini qəbul edib
12 oktyabr 2012 21:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Koreyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Çoi Sukini qəbul edib.
APA-nın xəbərinə görə, görüşdə nazir fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Nazir hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini səfirin diqqətinə çatdırıb.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024