Tahir Tağızadə: “Əsas vəzifəm Çexiya və Azərbaycanın potensialına uyğun möhkəm iqtisadi, mədəni və onların əsasında siyasi əlaqələrin qurulmasıdır”
- Səfir vəzifəsinə təyinatınızı necə qarşıladınız? Təyinatdan sonra aqremanın yubanması belə bir şayiələrə səbəb oldu ki, keçmiş Çexoslovakiyada SSRİ-nin Baş Konsulluğunda işlədiyiniz üçün DTK əməkdaşı olub-olmadığınız Çexiya hökuməti tərəfindən yoxlanılır.
- Təyinatı gözləmirdim, amma buna ümid edirdim. Necə deyərlər, general olmaq istəməyən əsgər pis əsgərdir. Diplomatik xidmətdə isə general səfirdir. Mənim barəmdə yayılan şayiələr gerçək olsaydı, indiyədək 4-5 dəfə müxtəlif ölkələrə səfir getmişdim. Çexoslovakiyada həqiqətən işləmişəm. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirəndən sonra SSRİ-nin diplomatik orqanlarında fəaliyyətə başlamışam. Səfirin namizədliyi bir çox yoxlamalardan keçir, ancaq inanmıram ki, təyinatın yubanması məhz dediyiniz səbəbdən olub. Ümumiyyətlə, təyinatı şərh etmək düzgün deyil, çünki bu məsələ yalnız ölkə başçısının səlahiyyətinə aiddir, onun söykəndiyi dəlilləri və məntiqi şübhə altına almaq isə etikaya uyğun deyil. Burada nə qədər mənə ehtiyac var idi, o qədər işlədim və bu təyinatın əvvəllər yox, məhz indi reallaşması işimin öhdəsindən babat gəldiyimə işarədir. Çalışacağam ki, yeni vəzifəmi yerinə yetirərkən də məzəmmət edilməyim. Özümü heç vaxt diplomatik xidmətin korifeyi saymamışam, amma çalışacağam ki, etimadı doğruldum.
- Səfirlik nə zaman fəaliyyətə başlayacaq və ştat formalaşıbmı?
- 7 nəfərdən ibarət ştat formalaşıb. Məndən başqa 4 diplomat və 2 texniki əməkdaş çalışacaq. Səfirlik üçün hələlik bina icarəyə götürülməyib, büdcənin müəyyənləşdirilməsi isə son mərhələdədir. Vəzifəmin icrasına gələn ayın ortalarından başlayacağam. Çünki bu vaxta əsas gücümü Bakıda İslam Konfransı Təşkilatı çərçivəsində keçirilən konfransın təşkilinə yönəltmişdim, səfirliklə bağlı işlərə isə hələ indi başlamışam. Hazırda Çexiya Respublikasında Azərbaycan Respublikasının maraqlarını Vyanadakı səfirimiz Fuad İsmayılov təmsil edir.
- Çexiya Azərbaycanda öz səfirliyini açmağı planlaşdırırmı?
- Bu, mənim əsas vəzifələrimdən biri olacaq. Hazırda Çexiyanın Gürcüstandakı səfiri həm də Azərbaycanda səfirdir. Hesab edirəm ki, iki ölkənin potensial imkanlarına adekvat olan iqtisadi, mədəni və siyasi əlaqələrin yaranması üçün bu sahədə iş görmək lazımdı.
- Çexiya Azərbaycan üçün hansı cəhətdən maraqlıdır?
- Əvvəla, bizim çox oxşar etnocoğrafi, geopolitik və dövlət göstəricilərimiz var ölkələrimizin ərazi ölçüsü və əhalisinin sayı çox yaxındır. Çexiya Avropanın mərkəzində, kəsişməsində yerləşir. Bu vəziyyət bizə də tanışdır - Azərbaycan da şimalla cənub və qərblə şərqin kəsişməsindədir. Bu isə özündə həm müsbət, həm mənfi cəhətləri ehtiva edir. Müsbət cəhət ondadır ki, geostrateji mövqeyimiz bizi kommunikasion mərkəzə çevirir. Mənfi cəhət isə odur ki, belə ölkələri kimlərinsə gözü götürmür, onlar daim kiməsə “mane” olurlar. Tarix göstərir ki, istənilən istilaçı ilk nəzərlərini məhz belə ölkələrə yönəldir və hazırkı qloballaşma kontekstində bu, xüsusi təhlükə doğurur. Odur ki, Azərbaycanla Çexiyanın üzləşdiyi problemlər və çağırışlar da eynidir. Digər ümumi cəhət bundan ibarətdir ki, Azərbaycan Avropa Birliyinə inteqrasiya olunmaq, NATO ilə strateji əməkdaşlıq qurmaq kursunu elan edib. Çexiya isə hər iki qurumun üzvüdür.
- Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün sizin qarşınızda hansı vəzifələr dayanır?
- İki ölkənin potensialına uyğun möhkəm iqtisadi, mədəni və onların əsasında siyasi əlaqələr qurulması. Mən sahələri bilərəkdən bu ardıcıllıqla sadaladım, çünki əlaqələrin yalnız ideologiya əsasında
qurulması keçmişdə qalıb. Bu gün qloballaşan və praqmatik dünyada ilk planda iqtisadi əlaqələr dayanır. Keçmiş Çexoslovakiyanın bir hissəsi olan Çexiya üçün ideoloji münasibətlər pis tarixi assosiasiyalar yaradır, axı məhz ideologiya Çexoslovakiyada 1968-ci il hadisələrinə gətirib çıxarmışdı. Biz də ideologiya əsasında oxşar faciəni 1990-cı ilin 20 yanvarında yaşamışıq. Fikrimcə, münasibətlərin əsasını praqmatik iqtisadi, humanitar və mədəni əlaqələr təşkil etməlidir və yalnız onların əsasında siyasi əməkdaşlıq inkişaf etməlidir.
- Azərbaycan-Çexiya münasibətlərinin bugünkü durumunu necə qiymətləndirirsiniz?
- Mən münasibətlərin hazırkı səviyyəsini mövcud potensiala uyğun olmayan münasibətlər kimi dəyərləndirirəm. Təəssüf ki, bizim münasibətlərimiz iqtisadi sahədə sporadik, mədəni-humanitar sahədə ləng xarakter daşıyır, siyasi kontaktlar isə ölkələrin imkanlarına uyğun deyil.
- Çexiya mallarına, xüsusən də ayaqqabı, qab-qacaq və çil-çırağa Azərbaycanda hər zaman böyük tələbat olub. Bu məhsulların Azərbaycanda birgə istehsalı mümkündürmü?
- Qarşılıqlı ticarət əlaqələrinin inkişafı, birgə müəssisələrin yaradılması iqtisadi münasibətlərin aktivləşməsinin tərkib hissəsidir və biz buna səfirliyimizin qarşısındakı çoxsaylı vəzifələrdən biri kimi baxmalıyıq. Bu məsələdə səfirliyin rolu belə əməkdaşlıqda maraqlı olan tərəfləri tapmaq, gələcək birgə fəaliyyət üçün əsaslar, ilk növbədə hüquqi əsaslar yaratmaqdan ibarət ola bilər. Hesab edirəm ki, çil-çıraq, ayaqqabı, pivə istehsalının birgə təşkili mümkündür. Belə əlaqələrin inkişafı ikitərəfli münasibətlərə çoxplanlı təsir göstərə bilər. Bu, ölkələrin yaxınlaşması ilə yanaşı, həm də insanların yaxınlaşmasıdır. Axı biznesi robotlar yox, canlı insanlar edir. Belə əlaqələr insanların bir-birini tanımasına və turizm sahəsində mövcud olan böyük potensialın inkişafına imkan verir. Həm Azərbaycan, həm də Çexiya turizm baxımından çox maraqlı və cəlbedici ölkələrdir. Əvvəllər mövcud olan, xüsusən Azərbaycan vətəndaşlarının Çexiyanın Karlovı Varı, Marianske Lazne qış turizm mərkəzlərinə olan marağı bərpa edilməlidir. Bütün bu amillər siyasi əməkdaşlığın aktivləşməsinə, ölkələrin bir-biri haqqında geniş məlumata malik olmasına imkan verəcək.
- Səfirlik Azərbaycan diasporası ilə necə əməkdaşlıq edəcək?
- Çexiyada “Azərçex” icması fəaliyyət göstərir, onun üzvləri fevralda Çexiya parlamentinin üzvləri və bu ölkənin XİN nümayəndələrinin iştirakı ilə Liditse memorialında Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş tədbir keçiriblər. Diaspora ilə iş Azərbaycan rəhbərliyinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla sıx əlaqələr qurmaq kursu çərçivəsində səfirlik qarşısında duran vəzifələrdən biridir. Diasporamız kifayət qədər uğurlu və effektiv iş aparıb, səfirliyin fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasını Çexiyada ləyaqətlə təmsil edib. Bizim vəzifəmiz onların gördükləri işi davam etdirmək, bütün potensialı bu işin inkişafına sərf etməkdir. Diaspora bəzən səfirliyin görə bilməyəcəyi işi görə bilir, diplomatik statusa malik səfirlik də öz növbəsində diasporanın görə bilməyəcəyi işi görür. Ona görə də mən ümumi iş naminə birgə səmərəli və uğurlu fəaliyyət göstərəcəyimizə inanıram. Bu iş isə Azərbaycanın populyarlaşması və Azərbaycan-Çexiya münasibətlərinin inkişafı deməkdir.
- Mətbuatla dostluğunuzu davam etdirəcəksinizmi?
- KİV-in fəaliyyətinin xarakteri və spesifikasını nəzərə alaraq deməliyəm ki, jurnalistlərlə dostluq məzara qədərdir. Dostluq yoxdursa, düşmənçilik var, mətbuatla düşmənçilik varsa, o da məzara qədərdir. Əlbəttə ki, dostluğumuz davam edəcək. /APA/
Xarici siyasət
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Xəbər Lenti
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Konstitusiya Məhkəməsində İƏT nümayəndə heyəti ilə görüş keçirilib