Bank Of Baku

ABŞ-ın və Böyük Britaniya səfirliklərinin fəaliyyətinin məhdudlaşdırılmasının vəhhabiləri zərərsizləşdirmək üçün keçirilən əməliyyatlarla bağlı olması ehtimal edilir-YENİLƏNİB-1

ABŞ-ın və Böyük Britaniya səfirliklərinin fəaliyyətinin məhdudlaşdırılmasının vəhhabiləri zərərsizləşdirmək üçün keçirilən əməliyyatlarla bağlı olması ehtimal edilir-<font color=red>YENİLƏNİB-1</font>
# 29 oktyabr 2007 11:02 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbənin APA-ya verdiyi məlumata görə, silahlı vəhhabilərlə bağlı əməliyyatların keçirilməsi səfirliklərin təhlükəsizliklərinin gücləndirilməsi ilə bağlı qərarın qəbuluna səbəb olub.
Qeyd edək ki, bu gün ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin fəaliyyəti məhdudlaşdırılıb. ABŞ səfirliyinin Bakıdakı vətəndaşlarına göndərdiyi xəbərdarlıq məktubunda bildirilib ki, səfirlik, eyni zamanda Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyi bu gün təhlükəsizlik tədbirləri səbəbi ilə bağlı olacaq. Xəbərdarlıqda bu qərarın səbəbləri açıqlanmayıb. Yalnız o bildirilib ki, səfirlik təhlükəsizlik tədbirlərini gücləndirir, əməkdaşlarının, həmçinin onların əmlakının təhlükəsizliyinin təmin edilməsi üçün dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Səfirlik vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hala rast gələcəkləri təqdirdə müvafiq ünvana müraciət etməyi məsləhət bilib.
ABŞ səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henkin APA-ya qərarın bu gün verildiyini söyləyib: “Biz təhlükəsizlik tədbirləri görməli olduğumuzla bağlı məlumat aldıq. Ona görə də fəaliyyətin məhdudlaşdırılmasına qərar verdik. Bunun nə qədər davam edəcəyi məlum deyil”.
C. Henik bu qərarın səbəbi barədə heç bir şey söyləyə bilməyəcəyini deyib.
ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin fəaliyyətinin məhdudlaşdırılmasının Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə heç bir əlaqəsi yoxdur. Bunu isə APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bildirib. Onun sözlərinə görə, bu məsələ Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin səlahiyyətində olan məsələdir: “Səfirliklər məhz təhlükəsizlik məsələlərinə görə belə addım atdıqlarını bildiriblər” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR