Belçikanın Azərbaycandakı səfirliyi gələn ilin ilk rübündə fəaliyyətə başlayacaq
30 oktyabr 2007 08:22 (UTC +04:00)
Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin ilk rübündə fəaliyyətə başlayacaq. Bu barədə APA-ya Belçikanın Azərbaycana yeni təyin olunmuş səfiri Frank Heerkens məlumat verib. Diplomat bildirib ki, hazırda onun ofisi “İSR Plaza”da yerləşsə də, səfirlik üçün bina, həmçinin işçi axtarışı davam edir. Çox güman ki, gələn ilin birinci yarısından etibarən səfirlik vizalar verməyə başlayacaq. F. Heerkens Azərbaycan-Belçika münasibətlərini yeni səviyyəyə qaldırmaq, qarşılıqlı səfərlər təşkil etmək niyyətində olduğunu söyləyib. Xatırladaq ki, səfir öz etimadnaməsini oktyabrın 8-də təqdim edib.
Xarici siyasət
NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib
20:09
7 may 2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
19:36
7 may 2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
17:47
7 may 2024
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
17:24
7 may 2024