Bank Of Baku

İsrailin Azərbaycandakı səfiri Lənkərana gedib

İsrailin Azərbaycandakı səfiri Lənkərana gedib
# 01 noyabr 2007 11:48 (UTC +04:00)
İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Artur Lenk noyabrın 1-də Lənkərana gəlib. APA-nın cənub bürosunun xəbərinə görə, xarici diplomatı öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılov qəbul edib. S. Mikayılov Lənkəranın tarixi, sosial-iqtisadi durumu, son dövrlərdə rayonda aparılan abadlıq-quruculuq işləri barədə İsrail səfirinə məlumat verib. Öz növbəsində Artur Lenk Azərbaycan-İsrail dostluq münasibətlərindən, ölkələrimiz arasındakı iqtisadi və mədəni əlaqələrin perspektivlərindən söz açıb.
Günün ikinci yarısında İsrail diplomatı Lənkəran ŞİH aparatında yerli iş adamları ilə görüşüb. Görüşdə Lənkəranda sahibkarlığın inkişafı problemləri çözələnib, İsrail hökumətinin bu sahədə görə biləcəyi işlər müzakirə olunub. Noyabrın 2-də isə Artur Lenk Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim kollektivi ilə görüşəcək, bu ali təhsil ocağında tədris şəraiti ilə tanış olacaq, həmçinin Lənkəranın görməli yerlərini ziyarət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR