Bank Of Baku

Azərbaycanın xarici ölkələrdə 55 diplomatik nümayəndəliyi və səfirliyi fəaliyyət göstərir

Azərbaycanın xarici ölkələrdə 55 diplomatik nümayəndəliyi və səfirliyi fəaliyyət göstərir
# 01 noyabr 2007 12:38 (UTC +04:00)
Azərbaycanın xarici ölkələrdə 55 diplomatik nümayəndəliyi və səfirliyi fəaliyyət göstərir. Bunlardan 46-sı səfirlik, 5-i baş konsulluq, 4-ü isə daimi nümayəndəlikdir. APA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Vaqif Sadıqov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının 2008-ci ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında məlumat verib. V. Sadıqov qeyd edib ki, bu diplomatik nümayəndəliklər üçün 558 ştat vahidi ayrılıb: “Bunlardan 55 nəfər nümayəndəliyin rəhbəri, 240 nəfər əməkdaşı, 149 nəfər texniki personal, 37 nəfər hərbi attaşe, 59 nəfər müxtəlif dövlət qurumlarının səfirliklərdəki nümayəndələridir. Yaxın gələcəkdə Azərbaycanın 7 ölkədə səfirliyinin açılacaq, bunlarda 49 nəfər işləyəcək. Bununla da Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışanların sayı 600 nəfərdən çox olacaq”. Nazir müavini Azərbaycan XİN-də 339 nəfərin çalışdığını, bunlardan 272 nəfərin diplomatik işçi, 69 nəfərin texniki personal olduğunu söyləyib: “Bundan başqa, Naxçıvanda Xarici İşlər Nazirliyinin idarəsi fəaliyyət göstərir”.
Diplomatik nümayəndəliklərin maliyyələşməsi məsələsinə toxunan V. Sadıqov 2007-ci ilin dövlət büdcəsindən 43,3 milyon manat vəsait ayrıldığını bildirib: “Bu vəsaitin 3,3 milyon manatı Xarici İşlər Nazirliyinə, 40 milyon manatı isə diplomatik nümayəndəliklərə ayrılıb. Amma bu vəsait bizim ehtiyaclarımızı ödəmir. Ona görə də Maliyyə Nazirliyindən Xarici İşlər Nazirliyinə 2008-ci il dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını xahiş edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR