Bank Of Baku

Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri noyabrın 20-də Bakıya gələcək

Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri noyabrın 20-də Bakıya gələcək
# 01 noyabr 2007 13:35 (UTC +04:00)
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tadahiro Abe səlahiyyət müddəti bitdiyi üçün noyabrın 9-da ölkəni tərk edəcək. Bu barədə APA-ya məlumatı səfirlikdən verilib. Səfir ölkəsinin Xarici İşlər Nazirliyində vəzifə alıb. Yaponiya Azərbaycana artıq yeni səfirini də təyin edib. Yeni səfirin adı açıqlanmasa da, onun artıq noyabrın 20-də Bakıya gələcəyi məlumdur.
Qeyd edək ki, T. Abe 2004-cü ilin dekabrından Azərbaycanda işləyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR