Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Rusiyanın Pskov vilayətinə səfər edib

Azərbaycan nümayəndə heyəti Rusiyanın Pskov vilayətinə səfər edib
# 02 noyabr 2007 08:55 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun konsulu Günəş Rüstəmzadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Pskov vilayətinə səfər edib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, konsul Günəş Rüstəmzadə, Ümumrusiya Azərbaycanlıları Konqresinin icra katibinin müavini Gündüz Qazmayev, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Məmmədovdan ibarət nümayəndə heyəti Pskov vilayəti qubernatorunun müavini Dmitri Şaxov, vilayət administrasiyasının iqtisadi siyasət üzrə komitəsinin sədri Valerian Klenevski, Federal Miqrasiya Xidmətinin Pskov İdarəsinin rəisi Vadim Vasilyev və digər rəsmi şəxslərlə görüşüb. G. Rüstəmzadə bir çox azərbaycanlının 15 ildən çoxdur Pskovda yaşadığını və öz həyatını Rusiyadan ayrı təsəvvür etmədiyini bildirib: “Bu səfər Azərbaycanla Pskov vilayəti arasında münasibətlərin möhkəmləndirilməsi, müxtəlif sahələrdə əlaqələrin inkişafı və inteqrasiya istiqamətində ilk addım olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR