Bank Of Baku

Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik Dü Şafo təqaüdə çıxır

Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik Dü Şafo təqaüdə çıxır
# 05 noyabr 2007 15:43 (UTC +04:00)
2006-cı ilin fevralından Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan Bernar Amodrik Dü Şafo təqaüdə çıxması ilə əlaqədar Azərbaycanda missiyasını bitirir. Səfirlikdən APA-ya verilən məlumata görə, bu ayın ikinci yarısında o, Bakını tərk edəcək. Hazırda diplomat Azərbaycan rəsmiləri ilə vida görüşləri keçirir. Fransanın Azərbaycana təyin edəcəyi yeni səfirin yeni ilin əvvəlində Bakıya gələcəyi gözlənilir. Səfir olmayan müddətdə diplomatik missiyaya səfirliyin birinci müşaviri Filip Viber başçılıq edəcək.
Bernar Amodrik Dü Şafo 1942-ci ildə anadan olub, ixtisasca hüquqşünasdır. 1970-ci ildə diplomatik fəaliyyətə Varşavada başlayıb, bir neçə ölkədə, eləcə də BMT-də çalışıb, Fransa Xarici İşlər Nazirliyində idarə rəisi işləyib. Dü Şafo alman, ingilis, polyak və rus dillərini bilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR