Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvanda tələbələrin etirazı ilə qarşılaşıb - YENİLƏNİB

ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvanda tələbələrin etirazı ilə qarşılaşıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 07 noyabr 2007 11:20 (UTC +04:00)
APA-nın Naxçıvan bürosunun xəbərinə görə, daha sonra A. Dersi Naxçıvan Dövlət Universitetinə (NDU) gedərək, rektor İsa Həbibbəyli ilə görüş keçirib. Səfir NDU-da fəaliyyət göstərən Amerika-Azərbaycan Əlaqələr Mərkəzinə, Hüquq Klinikasına, “CİSCO” Şəbəkə Akademiyasına və NDU-nun Konservatoriyasına baş çəkib. Amerika-Azərbaycan Əlaqələr Mərkəzində NDU tələbələri səfirə yaxınlaşaraq, ABŞ-ın Harvard Universitetində çalışan erməni professorların təşkilatçılığı ilə “Naxçıvan bölgəsinin erməni abidələri” mövzusunda keçirilən sərgi ilə bağlı etirazlarını bildiriblər. Səfir tələbələrin etirazlarını dinlədikdən sonra bunları yazılı olaraq Harvard Universitetinin rəhbərliyinə çatdırmağı tövsiyə edib.
Analoji hal Naxçıvan Özəl Universitetində də yaşanıb. Xanım diplomat burada “Demokratiya: Azərbaycan-ABŞ münasibətləri” mövzusunda Azərbaycan dilində mühazirə oxuyub. Universitetin tələbələrindən biri Harvard Universitetində baş verən hadisə ilə bağlı A. Dersiyə ingilis dilində sual ünvanlayıb. Cavabında ABŞ səfiri Harvard Universitetinin müstəqil ali təhsil müəssisəsi olduğunu bildirib. O, azərbaycanlı tələbələrin ingilis dilini yüksək səviyyədə bildiyini deyərək, bu qabiliyyətin Azərbaycan tarixini xaricdə təbliğ etmək üçün onlara geniş imkanlar açdığını vurğulayıb.
Qeyd edək ki, Naxçıvana səfəri çərçivəsində A. Dersi M.S. Ordubadi adına Naxçıvan Mərkəzi Kitabxanasına da baş çəkəcək, burada Regional İnformasiya Mərkəzinin açılışında iştirak edəcək, MR-də fəaliyyət göstərən QHT təmsilçiləri və partiya nümayəndələri ilə görüşəcək. Səfərinin sonunda A. Dersi jurnalistlər üçün brifinq keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR