Bank Of Baku

Xəzər İbrahim: “Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin kökündə dini faktorun dayandığını iddia etməsi bəhanədən başqa bir şey deyil”

Xəzər İbrahim: “Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin kökündə dini faktorun dayandığını iddia etməsi bəhanədən başqa bir şey deyil”
# 12 noyabr 2007 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistan baş naziri Serj Sərkisyanın “Dağlıq Qarabağ münaqişəsinin kökündə dini motivin dayanır” açıqlamasını belə şərh edib. Diplomat dinlərarası dialoqun geniş vüsət aldığı bir dövrdə bu kimi açıqlamalar verilməsini absurd hesab edir: “Bu gün dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqlar gedir və Ermənistan dövlətinin bu kimi bəyanatı onun reallıqlardan uzaq olduğunu göstərir. Bu yolverilməzdir, Ermənistan tərəfi bunu anlayaraq bu kimi bəyanatlardan, bu kimi addımlardan çəkilməlidir. Əks halda bu, Ermənistanın işğalçı və təcavüzkar siyasətini müəyyən dona geyindirmək bəhanəsindən başqa bir şey deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR