Azərbaycanın Ukraynadakı səfiri Poltava vilayətinə səfər edib
20 noyabr 2007 09:45 (UTC +04:00)
Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev Poltava vilayətinə səfər edib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Tələt Əliyev Azərbaycanın Poltava vilayəti ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bəyan edib. Kremençuq Avtomobil Zavoduna baş çəkən səfir əsas yığım istehsal konveyerinə baş çəkib və sınaq-nümayiş poliqonunda olub. Tələt Əliyev "AvoKrAz" holdinq şirkəti ilə birlikdə Azərbaycan ərazisində birgə müəssisə yaratmağı təklif edib. Həmin müəssisə Kremeçuq Avtomobil Zavodunun istehsal etdiyi maşın komplektləri əsasında yığılmış yük avtomobillərinin buraxılması ilə məşğul olacaq. Poltava vilayətinə səfəri zamanı T. Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti həmçinin Kremençuq şəhər icra hakimiyyətinin başçısı Nikolay Qluxov ilə də görüşüb. Müzakirələr əsnasında Kryukov Vaqonqayırma Zavodu və "Kremeçuqmyaso" kombinatı ilə Azərbaycan arasında əməkdaşlığın yaradılması məsələlərinə də toxunulub. /APA/
Xarici siyasət
ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - VİDEO
15:13
6 may 2024
Ermənistan XİN rəhbəri Almatı görüşündən danışıb
14:43
6 may 2024
ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşüb
13:54
6 may 2024
Azərbaycan və Ermənistan XİN başçılarının Almatıda müzakirə edəcəkləri məsələlər açıqlanıb
13:34
6 may 2024