Nasir Həmidi Zare: “İran Azərbaycanın Amerika ilə münasibətlərindən narahat deyil”
20 noyabr 2007 15:24 (UTC +04:00)
“Azərbaycanın NATO ilə əlaqələr qurması dövlət siyasətidir. Bu, hansısa yardım məqsədilə ola bilər. Digər məqsədlərlə həyata keçirilməsinə isə Azərbaycan icazə verməz”. APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare deyib. O bildirib ki, İran Azərbaycanın ABŞ-la münasibətlərindən də narahat deyil və Azərbaycan prezidentinin açıqlamaları bunu deməyə əsas verir. Səfir bəzi ölkələrin İrana məqsədli şəkildə narkotik maddələr keçirməyə cəhd etdiyini də söyləyib: “Azərbaycana İran vasitəsilə gətirilən narkotik maddələr Əfqanıstanda becərilir və məqsədli şəkildə İrana keçirilir. İranda narkotik satışı ilə məşğul olan dəstələrlə döyüşlərdə hüquq-mühafizə orqanlarının minlərlə əməkdaşı ölüb. Bununla da Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı qismən də olsa alınır. Digər tərəfdən, bu məsələ ilə əlaqədar Azərbaycanda İran vətəndaşları tutulduğu kimi, İranda da Azərbaycan vətəndaşları saxlanılır. Amma biz bu məsələni qabartmırıq”. /APA/
Xarici siyasət
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024