Bank Of Baku

Misirdən Azərbaycana geniş tərkibli 3 nümayəndə heyətinin səfəri planlaşdırılır

Misirdən Azərbaycana geniş tərkibli 3 nümayəndə heyətinin səfəri planlaşdırılır
# 28 noyabr 2007 09:38 (UTC +04:00)
Misir Ərəb Respublikasından Azərbaycana geniş tərkibli 3 böyük nümayəndə heyətinin səfəri planlaşdırılır. Misirin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, dekabrın 2-də Bakıya gələcək Misir nümayəndə heyətinə beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan-Misir hökumətlərarası komissiyanın həmsədri xanım Fayza Abul Naqa rəhbərlik edəcək. Üç gün davam edəcək səfər çərçivəsində hökumətlərarası komissiyanın iclasının keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, hökumətlərarası komissiyaya Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev rəhbərlik edir. Bundan başqa Azərbaycana Gəlübey vilayətinin qubernatorunun başçılığı ilə daha bir nümayəndə heyətinin səfəri gözlənilir. Ölkəmizə həmçinin Misirdən olan iş adamlarından ibarət nümayəndə heyəti də səfər edəcək. Səfər çərçivəsində misirli qonaqların Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR