Rusiya prezidenti Azərbaycanla hərbi sahədə əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib
28 noyabr 2007 16:53 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyafətdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin çıxışından sonra P. Bülbüloğlu dövlət başçısına yaxınlaşaraq dəvətə görə təşəkkürünü bildirib. Səfir V. Putinə çıxışında Rusiyanın beynəlxalq siyasətində MDB üzvü olan ölkələrlə əlaqələrə prioritet verdiyi barədə bəyanatından məmnunluğunu ifadə edib. P. Bülbüloğlu Azərbaycan-Rusiya çoxşaxəli münasibətlərindəki müsbət dinamikadan danışıb və Rusiyanın müdafiə naziri A. Serdyukovun da hazırda Azərbaycanda səfərdə olmasını bunun nümunəsi kimi göstərib. Bundan əlavə, səfir MDB-nin Dövlətlərarası Humanitar Şurası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib və Azərbaycanın bu prosesdə fəal iştirak etdiyini qeyd edib.
Prezident V. Putin öz adından Azərbaycan prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib. O, ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən razılığını bildirərək bu əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib. /APA/
Prezident V. Putin öz adından Azərbaycan prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib. O, ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən razılığını bildirərək bu əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib. /APA/
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb - FOTO
21:06
26 aprel 2024