Bank Of Baku

Yeni ildən Polşanın Azərbaycandakı səfirliyi yeni viza qaydaları tətbiq edəcək

Yeni ildən Polşanın Azərbaycandakı səfirliyi yeni viza qaydaları tətbiq edəcək
# 29 noyabr 2007 12:23 (UTC +04:00)
2008-ci ildən etibarən Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına Şengen vizaları verəcək. Səfirlikdən APA-ya bildiriblər ki, bununla bağlı viza qaydalarında dəyişikliklər olacaq. Bu dəyişikliklər viza üçün alınan rüsumun miqdarında, verilmə müddətində, təqdim olunacaq sənədlərin sayında əksini tapacaq. Hələlik dəyişikliklər barədə dəqiq məlumat verilmir.
Xatırladaq ki, Milad bayramı ilə əlaqədar Litva, Latviya, Estoniya, Malta, Polşa, Slovakiya, Sloveniya və Macarıstan Şengen sazişinə qeyri-rəsmi qoşularaq digər Aİ üzvləri ilə quru sərhədlərindəki nəzarət məntəqələrini ləğv edəcək. Dəniz və hava limanlarında isə sərhəd nəzarəti saxlanılacaq. Hazırda Şenqen zonasına 15 ölkə daxildir: Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Hollandiya, Almaniya, İslandiya, Norveç, İtaliya, Yunanıstan, Lüksemburq, Portuqaliya, İspaniya və İsveç. Polşa 2008-ci ildən etibarən Avropa İttifaqının digər yeni üzvləri ilə birlikdə rəsmən Şengen zonasına qoşulacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR