Türkiyənin Azərbaycandakı səfiri cənub bölgəsinə gedib
30 noyabr 2007 14:33 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu cənub bölgəsinə səfər edib. APA-nın cənub bürosunun xəbərinə görə, xarici diplomat öncə Lənkəran Özəl Türk Liseyinə gedərək, burada yaradılmış şəraitlə yaxından tanış olub. Liseyin müdiri Abdulla Kural rəhbərlik etdiyi təhsil ocağının qazandığı uğurlar barədə H.A.Karslıoğluna məlumat verib. Türkiyə səfiri sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılov tərəfindən qəbul olunub. İcra başçısı son zamanlar həyata keçirilən abadlıq-quruculuq işləri, rayonun iqtisadi imkanları haqqında söz açaraq, hörmətli qonağın diqqətini Lənkəranın investisiya qoyuluşu üçün əlverişli məkan olmasına yönəldib. H.A.Karslıoğlu isə öz növbəsində türk iş adamlarının cənub bölgəsində turizmin, kənd təsərrüfatının, o cümlədən çayçılığın inkişafında maraqlı olduqlarını bildirərək, bu işin gerçəkləşməsindən ötrü səy göstərəcəyini vəd edib. Türkiyə diplomatı Astaraya gedərkən yolüstü tikintisində türk inşaatçılarının da çalışdığı Lənkəran Hava Limanına da baş çəkib. Sabah isə H.A.Karslıoğlu cənub bölgəsinin gəzməli, görməli yerləri ilə tanış olacaq. /APA/
Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024