Rusiyanın Azərbaycandakı səfiri: Hələlik 2008-ci il üçün Rusiyada Azərbaycan miqrantlarına kvota ayrılmayıb”
05 dekabr 2007 10:37 (UTC +04:00)
Onun sözlərinə görə, bu layihələrin gələn həftə Moskvada keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında müzakirəyə çıxarılacağını əminliklə demək olmaz: “Komissiyanın iclasında müzakirə olunacaq konkret sənədlər hələlik müəyyənləşdirilməyib. Hazırlanan sənədlər üzərində hazırda iş gedir. Hələlik 2008-ci il üçün Rusiyada Azərbaycan miqrantlarına kvota ayrılmayıb”.
V. İstratov Rusiya-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə birgə komissiyanın iclasını bu il keçirməyi planlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, bu, ekspertlərin nə vaxt görüşməsindən asılı olacaq: “Hazırda sərhədin 3 sahəsi ilə bağlı müzakirələr aparılır. Bunlardan biri Gürcüstanla sərhədi də əhatə edir. Bu sahə ilə bağlı mübahisəli məsələ qalmayıb. İkinci sahə Samur çayını əhatə edir və bunu da tez həll etmək olar. Üçüncü və daha mübahisəli məsələ Xəzər dənizi ilə bağlı məsələdir”. Samur çayı üzərindəki körpünün bərpası və hər iki ölkənin sərhədçilərinin körpü yaxınlığında yerləşdirilməsi məsələsinə toxunan səfir deyib ki, bu körpü ilə bağlı hökumətlərarası komissiyanın iclasından sonra xüsusi işçi qrupu yaradılacaq. /APA/

Xarici siyasət
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024
UNESCO nümayəndəsi: Azərbaycandakı mina problemi haqqında Avropada demək olar ki, məlumat yoxdur
13:08
3 may 2024
Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
13:00
3 may 2024
Hikmət Hacıyev: Ermənistanın basdırdığı saysız-hesabsız minalar humanitar fəaliyyətə ciddi təsir edir
12:13
3 may 2024