Rusiyanın Azərbaycandakı səfiri Dövlət Dumasına seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
05 dekabr 2007 11:22 (UTC +04:00)
O, 2003-cü ildə keçirilən Dövlət Dumasına seçkilərlə müqayisədə bu il seçici fəallığının 15-20 faiz artdığını söyləyib. Seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını deyən səfir Kommunist, Liberal-Demokrat və “Yabloko” partiyalarının da parlamentdə təmsil olunmaq hüququ qazandığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda 1497 seçicidən 1118-i “Yedinaya Rossiya” Partiyasına səs verib: “Azərbaycan müşahidəçiləri seçkilərin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları aşkarlamayıblar. Azərbaycan rəhbərliyi isə “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə Vladimir Putini ilk təbrik edənlərdən olub”. Səfir seçkilərdə qalib gələn partiyanın Sovet İttifaqını bərpa etmək niyyəti olmadığını da vurğulayıb. /APA/
Xarici siyasət
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024