Bank Of Baku

Azərbaycanla Belarus arasında 10 sənədin qəbul olunacağı gözlənilir

Azərbaycanla Belarus arasında 10 sənədin qəbul olunacağı gözlənilir
# 06 dekabr 2007 11:22 (UTC +04:00)
Azərbaycanla Belarus arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10 sənəd müzakirə mərhələsindədir. APA-nın məlumatına görə, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda iki ölkə arasında hüquqi-sənəd bazası 50-ə yaxındır. Diplomat müzakirə olunan 10 sənədin 2008-ci ildə qəbul ediləcəyini ümidvar olduğunu bildirib. O, iki ölkənin Təhsil nazirlikləri arasında əməkdaşlığa dair sənədin imzalanmasının da gözlənildiyini qeyd edib. Azərbaycan Beynəlxalq Bankı ilə Belarusun “Promstroybank”ı arasında əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladan N. Patskeviç bu bankların qarşılıqlı qaydada filiallar açacağını da istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR