Bank Of Baku

Enn Dersi: “Azərbaycan hökumətini jurnalistlərin həbsi ilə bağlı məsələni araşdırmağa çağırırıq”

Enn Dersi: “Azərbaycan hökumətini jurnalistlərin həbsi ilə bağlı məsələni araşdırmağa çağırırıq”
# 09 dekabr 2007 10:38 (UTC +04:00)
“Mən jurnalistlərin həbsi ilə bağlı ABŞ Dövlət Departamenti, beynəlxalq təşkilatlar, insan hüquqlarını qorunması ilə məşğul olan yerli təşkilatların rəyləri və bəyanatları ilə razıyam. Biz Azərbaycan hökumətini ölkədə medianın vəziyyəti ilə bağlı məsələyə yenidən baxmağa, jurnalistlərin həbsi ilə bağlı məsələni isə araşdırmağa çağırırıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi deyib. ABŞ-ın Azərbaycanın dostu olduğunu, ölkəmizin demokratiya yolunda irəliləməsi üçün dəstək verməyə hazır olduğunu vurğulayan xanım səfir demokratiyanın mühüm atributlarından birinin də azad media olduğunu xatırladıb. O, “Azadlıq” radiosunun əməkdaşının həbsi ilə bağlı yerində araşdırmadıqlarını, sadəcə media vasitəsilə məlumat aldıqlarını da deyib. ABŞ səfiri böhtana görə həbs hallarına qarşı olduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR