Bank Of Baku

XİN Konsulluq İdarəsində xarici səfirliklərin konsulluq şöbələrinin təmsilçiləri ilə görüş keçirilib

XİN Konsulluq İdarəsində xarici səfirliklərin konsulluq şöbələrinin təmsilçiləri ilə görüş keçirilib
# 10 dekabr 2007 14:00 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində Bakıda akkreditə olunmuş diplomatik missiyaların konsulluq şöbələrinin nümayəndələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, XİN mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, görüşdə Türkiyə, Fransa, Almaniya, İsrail, Yunanıstan, Polşa, Rumıniya, Moldova, Ukrayna, Belarus, Koreya, Yaponiya, Küveyt, Səudiyyə Ərəbistanı, Misir, İraq və digər ölkələrin təmsilçiləri iştirak edib. Konsulluq idarəsinin rəisi Nadir Hüseynovun rəhbərliyi ilə keçirilən görüşdə konsulluq sahəsində əlaqələrin inkişafı və qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, viza rejiminin sadələşdirilməsi barədə fikirlər söylənilib, həmçinin Azərbaycan vətəndaşlarının və soydaşlarımızın xarici ölkələrdə qarşılaşdığı problemlərin həll edilməsi, vətəndaşlıq məsələləri və digər problemlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR