Bank Of Baku

Diplomatik şəhərcik üçün hələ ərazi ayrılmayıb

Diplomatik şəhərcik üçün hələ ərazi ayrılmayıb
# 10 dekabr 2007 14:01 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Xarici İşlər Nazirliyinin diplomatik şəhərciyin yaradılması üçün ərazi ayrılması barədə müraciətinə hələ cavab verməyib. APA-nın məlumatına görə, XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların xüsusi ayrılmış ərazidə fəaliyyət göstərməsi üçün torpaq sahəsi verilməsi xahişi ilə şəhər rəhbərliyinə müraciət edilsə də, məsələ hələlik müsbət həllini tapmayıb. Diplomat xatırladıb ki, bir çox ölkələrdə diplomatik missiyalar eyni ərazidə fəaliyyət göstərir və bu, çox müsbət praktikadır: “Bir ərazinin mühafizəsinin təşkili bir neçə səfirliyin ayrı-ayrı mühafizə edilməsindən daha asandır. Digər tərəfdən, həmin ərazidə yaradılan infrastrukturdan bütün səfirliklər tədbir keçirmək üçün istifadə edə bilir. Eyni zamanda diplomatların övladlarının məktəbəqədər və məktəb təhsili alması və digər problemlər də həmin ərazidə həllini tapır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR