Bank Of Baku

Bakıda Latviyanın Şengen zonasına daxil olmasına həsr olunmuş seminar keçiriləcək

Bakıda Latviyanın Şengen zonasına daxil olmasına həsr olunmuş seminar keçiriləcək
# 11 dekabr 2007 10:27 (UTC +04:00)
Latviya bu il dekabrın 21-dən etibarən rəsmən Şengen zonasına daxil olacaq. Latviyanın Azərbaycandakı səfirliyi bu tarixi hadisə ilə əlaqədar Bakıda seminar keçirməyi planlaşdırır. Latviyanın ölkəmizdəki səfiri Mixails Popkovsun APA-ya verdiyi məlumata görə, seminar vizaların verilməsinə dair yeni qaydalar barədə Azərbaycan ictimaiyyəti və kütləvi informasiya vasitələrini məlumatlandırmaq məqsədi daşıyır. Tədbir Latviya Turizm Agentliyi ilə birgə keçiriləcək. Qeyd edək ki, dekabrın 21-dən etibarən Latviya səfirliyi Şengen vizalarının verilməsinə başlayacaq. Həmin tarixdən etibarən Litva və Polşanın da Bakıdakı səfirlikləri də müraciət edənlərə Şengen vizası verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR