Bank Of Baku

GUAM ölkələri Bakıda konsulluq məsələləri üzrə danışıqlar aparır

GUAM ölkələri Bakıda konsulluq məsələləri üzrə danışıqlar aparır
# 11 dekabr 2007 11:55 (UTC +04:00)
Bu gün Bakıda “Demokratiya və İqtisadi İnkişaf Uğrunda” beynəlxalq təşkilat GUAM-a üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Xarici İşlər nazirlikləri konsulluq idarələrinin rəhbərlərinin toplantısı keçirilir. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüş iki gün davam edəcək. Azərbaycan XİN Konsulluq İdarəsinin rəisi Nadir Hüseynovun sədrliyi ilə keçirilən iclasda bu gün qarşılıqlı yardım məsələləri müzakirə olunur, sabah isə ikitərəfli danışıqların keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, bu, GUAM çərçivəsində konsulluq sahəsində əməkdaşlığa dair artıq ikinci görüşdür. İlk görüş Kiyevdə keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR