Bank Of Baku

Azərbaycanın Livandakı fəxri konsulu: “Beyrutda baş verən terror aktının qurbanları arasında azərbaycanlı yoxdur”

Azərbaycanın Livandakı fəxri konsulu: “Beyrutda baş verən terror aktının qurbanları arasında azərbaycanlı yoxdur”
# 12 dekabr 2007 10:54 (UTC +04:00)
Onun sözlərinə görə, Livanda yaşayan azərbaycanlıların əksəriyyəti artıq öz vətənlərinə qayıdıblar: “Hazırda bu ölkədə olan azərbaycanlıların əksəriyyətini Livan ali təhsil müəssisələrində oxuyan tələbələr, həmçinin bu ölkədə müqavilə əsasında işləyən müəllim, həkim və mühəndislər təşkil edir. Soydaşlarımızdan heç biri terror aktı baş verən an həmin ərazidə olmayıb”. Qeyd edək ki, Beyrutun Baabda rayonunda baş verən terror aktı nəticəsində 7 nəfər ölüb, onlarla şəxs, o cümlədən Livan ordusunun generalı Fransua əl-Həcc yaralanıb. Ağır vəziyyətdə olan general əl Həccin vəfat etməsi barədə məlumatlar yayılsa da, rəsmi dairələr bu xəbəri təsdiqləməyiblər. Qeyd edək ki, Livan Silahlı Qüvvələrinin baş komandanı Mişel Süleyman prezident seçiləcəyi təqdirdə orduya Fransua əl-Həccin komandan təyin olunacağı gözlənilirdi. Terror aktının hansı üsulla törədildiyi hələ də dəqiqləşməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR