Bank Of Baku

Ukrayna Diplomatik Akademiyasında GUAM ölkələri üçün kadr hazırlığı aparılacaq

Ukrayna Diplomatik Akademiyasında GUAM ölkələri üçün kadr hazırlığı aparılacaq
# 12 dekabr 2007 11:48 (UTC +04:00)
GUAM ölkələri xarici işlər nazirliklərinin konsulluq idarələri rəhbərlərinin dünən və bu gün Bakıda keçirilən danışıqları çox uğurlu alınıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski deyib. O bildirib ki, tərəflər kadr hazırlığı məsələsində razılığa gəliblər. Bu razılığa əsasən Ukrayna Diplomatik Akademiyasında GUAM ölkələrinin konsulluq xidmətləri üçün kadr hazırlığı aparılacaq. Gələcəkdə konsulluq xidmətləri ilə bağlı müəyyən prosedurların sadələşdirilməsi də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR