Bank Of Baku

Səfir: “Azərbaycan prezidenti gələn il Polşaya rəsmi səfər edəcək”

Səfir: “Azərbaycan prezidenti gələn il Polşaya rəsmi səfər edəcək”
# 19 dekabr 2007 13:49 (UTC +04:00)
O xatırladıb ki, ölkəsinin başçısı Lex Kaçinski bu il iki dəfə Azərbaycanda olub. Polşa prezidenti martda Azərbaycana rəsmi səfər edib, iyunda isə GUAM-ın sammitinə qatılıb: “Bundan başqa, 2007-ci ildə Polşanın xarici işlər və müdafiə nazirləri Azərbaycana səfər ediblər. Bakıda ikinci Polşa Milli Sərgisi və hökumətlərarası komissiyanın ikinci iclası keçirilib”. Səfir iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb: “Bu inkişaf yalnız enerji deyil, digər sahələrdə də müşahidə olunur”. 2008-ci ilin də yüksək səviyyəli səfərlərlə zəngin olacağını deyən diplomat gələn ilin I rübündə prezident İlham Əliyevin Polşaya rəsmi səfər edəcəyini, həmin səfər öncəsi xarici işlər naziri Elmar Məmmədyarovun Varşavaya gedəcəyini, daxili işlər naziri Ramil Usubovun da Polşaya səfərə dəvət olunduğunu, Polşada iki ölkənin hökumətlərarası komissiyasının üçüncü iclasının keçiriləcəyini, noyabr ayında isə Bakıda 3-cü Polşa Milli Sərgisinin təşkil olunacağını bildirib. Səfirin sözlərinə görə, iki ölkə arasında mal dövriyyəsində artım müşahidə olunur. O, ilin sonuna kimi mal dövriyyəsinin 70 milyon ABŞ dolları təşkil edəcəyini qeyd edib. İşgüzar əlaqələri inkişaf etdirmək üçün Bakı ilə Varşava arasında birbaşa aviareysin açılmasının vacibliyini vurğulayan diplomat bildirib ki, hazırda iki ölkənin aviaşirkətləri arasında bu reysin açılması üzərində iş gedir. Səfirin fikrincə, həftədə 2 dəfə 48 yerlik təyyarə ilə uçuşlar təşkil edilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR