Bank Of Baku

Litvanın Azərbaycandakı səfiri ölkəsinin baş naziri ilə görüş keçirəcək

Litvanın Azərbaycandakı səfiri ölkəsinin baş naziri ilə görüş keçirəcək
# 24 dekabr 2007 08:58 (UTC +04:00)
Dekabrın 27-də Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas Vilnüsdə ölkəsinin baş naziri ilə görüş keçirəcək. Səfir APA-ya açıqlamasında bildirib ki, görüş zamanı baş nazirin gələn ilin yanvarında Azərbaycana gözlənilən səfəri, imzalanması nəzərdə tutulan sənədlər, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması məsələsi, eləcə də 2008-ci ildə həyata keçiriləcək qarşılıqlı səfərlər müzakirə ediləcək. K. Kudzmanas sona çatmaqda olan 2007-ci il ərzində iki ölkə münasibətlərində inkişaf dinamikası müşahidə olunduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR