Bank Of Baku

Azərbaycanın Böyük Britaniyadakı səfiri “Kings College” Universitetinin rektoru ilə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı səfiri “Kings College” Universitetinin rektoru ilə görüşüb
# 25 dekabr 2007 14:54 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Böyük Britaniyanın “Kings College” Universitetinin rektoru, professor Rik Treynor ilə görüşüb. APA-nın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, professor Rik Treynor universitetin tarixi, təhsil sistemi və orada təhsil alan tələbələr haqqında ətraflı məlumat verib. O bildirilib ki, “Kings College” Universiteti Böyük Britaniyanın qədim tarixə malik təhsil ocaqlarından biridir. Təqribən 175 il yaşı olan bu təhsil ocağında dünyanın bir çox ölkəsindən, həmçinin Azərbaycandan 20 mindən artıq tələbə təhsil alır. “Kings College” Universiteti beynəlxalq səviyyədə tanınmış bir universitetdir və apardığı tədqiqatlara görə təhsil sistemində ən yüksək dərəcə ilə təltif olunub. Bu universitet Böyük Britaniyanın tədqiqat bazalı əsas universitetlərini birləşdirən “Russel Group” birliyinin üzvüdür. Görüş üçün təşkilatçılara öz minnətdarlığı bildirən səfir Fəxrəddin Qurbanov son illər Azərbaycanda baş verən proseslər, ictimai həyatın hər sferasında müşahidə olunan yüksək inkişaf dinamikası barədə məlumat verib, həmçinin Azərbaycanın təhsil sisteminin Avroatlantik məkana inteqrasiya etməsi, bu istiqamətdə həyata keçirilmiş islahatlar və dövlətin təhsilə olan qayğısı barədə söhbət açıb. Səfir Azərbaycan prezidenti İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi barədə rektora məlumat verib. Professor Rik Treynor tərəflər arasında münasibətlərin genişləndirilməsi üçün belə görüşlərin davamlı olaraq təşkilini təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR