Bank Of Baku

Vyanada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib

Vyanada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib
# 25 dekabr 2007 15:09 (UTC +04:00)
Vyanada yeni fəaliyyətə başlamış, əsasən Türkiyədən mühacirət etmiş azərbaycanlıları birləşdirən “Azərbaycan-Avstriya Kültür və Yardımlaşma Cəmiyyəti” tərəfindən Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr edilmiş Azərbaycan mədəniyyət gecəsi keçirilib. Tədbir “Avstriya Atatürkçü Düşüncə Dərnəyi”nin yerləşdiyi Avstriya Atatürk Mərkəzində keçirilib. APA-nın Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, gecənin keçirilməsinə Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən texniki və maddi yardım göstərilib. Gecə “Uzaq sahillərdə” filminin nümayişi ilə başlayıb, cəmiyyətin sədri Orxan Çiftci Mehdi Hüseynzadə haqqında qısa məlumat verib və Azərbaycan gecələrinin təşkili praktikasının davam etdiriləcəyini söyləyib. Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov çıxış edərək, tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib, diaspora üzvlərinin diqqətinə bir müddət əvvəl Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin ucaldıldığını bildirib. Səfir tədbir iştirakçılarını Qurban bayramı, Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Tədbirdə Azərbaycan musiqisi ifa edilib və Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib. Tədbirdə təxminən 60 yaxın qonaq - Azərbaycan və Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycan və türk icmalarının üzvləri, avstriyalı qonaqlar iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR