Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib

Yaponiyanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib
# 27 dekabr 2007 07:47 (UTC +04:00)
MR Ali Məclisinin mətbuat xidmətindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, səfər Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilmiş Naxçıvanda “Quş qripi”nə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi layihəsinin başa çatması ilə bağlıdır. Qonağı qəbul edən MR Ali Məclis sədri Vasif Talıbov Yaponiya ilə Azərbaycan arasında mövcud əlaqələrdən danışıb, bu əlaqələrin Naxçıvanı da əhatə etdiyini bildirib. Yaponiya hökumətinin ayırdığı qrant hesabına Azərbaycana ayrılmış texnikalardan Naxçıvana da gətirildiyini deyən V. Talıbov həmin texnikalardan regionda sahilbərkitmə işlərində istifadə olunduğunu diqqətə çatdırıb. Regionda quşların miqrasiyasının olduğunu vurğulayan Ali Məclis sədri bildirib ki, MR-da maddi-texniki bazası möhkəmləndirilmiş laboratoriyanın istifadəyə verilməsi baytarlığa aid bütün xəstəliklərin ətraflı müayinəsi üçün şərait yaradacaq.
M. Oki öz növbəsində Yaponiya hökumətinin ötən əsrin 90-cı illərindən Azərbaycana texniki yardımlar etdiyini xatırladıb, Azərbaycanda səfir kimi fəaliyyəti müddətdə ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf etməsi üçün çalışacağını bildirib. Səfirə Naxçıvanın təbii və tarixi abidələrinə, səhiyyə müəssisələrinə aid kitab və kompakt diskləri, Azərbaycan-Yaponiya əlaqələrindən bəhs edilən kitab hədiyyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR