Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirinin xanımı: “Azərbaycandan getməyimizə çox təəssüflənirəm”

Türkiyənin Azərbaycandakı səfirinin xanımı: “Azərbaycandan getməyimizə çox təəssüflənirəm”
# 27 dekabr 2007 13:52 (UTC +04:00)
“Az vaxtda Azərbaycanda gözəl dostluqlar qurduq, buradan getməyimizə çox təəssüflənirəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Qarslıoğlunun xanımı Qəmzə Qarslıoğlu deyib. O, Azərbaycanla əlaqələrini bundan sonra da davam etdirəcəyini söyləyib: “Qısa müddətdə Azərbaycana çox bağlandıq. Mən bundan sonra da ictimai fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Hulusi Kılıcın həyat yoldaşı Günay Kılıc çox fəal xanımdır. İnanıram ki, o, mənim başladığım işləri davam etdirəcək”.
Qeyd edək ki, H.A.Qarslıoğlu bu ilin yanvarında Türkiyənin Azərbaycanda səfiri təyin olunub. Türkiyə Cümhuriyyəti prezidentinin katibliyinə rəhbər təyin olunan H.A.Qarslıoğlu geri çağırılıb. Onun yerinə Hulusi Kılıc təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR