Bank Of Baku

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə “Diplomatic Review” jurnalında GUAM-a həs olunmuş yazı dərc edilib

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə “Diplomatic Review” jurnalında GUAM-a həs olunmuş yazı dərc edilib
# 29 dekabr 2007 14:30 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə “Diplomatic Review” adlı jurnalda GUAM-ın fəaliyyətinə, BMT Baş Assambleyasının gündəliyinə salınmış “GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, sabitlik və inkişafa təsiri” qətnamə layihəsinə və təşkilatın Bakı sammitinə dair yazı dərc olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu jurnal Bolqarıstanda dərc olunan və əsasən bu ölkənin dövlət qurumları və orada akkreditə olan xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri arasında yayılan bir nəşrdir. Hazırda isə səfirlik Bolqarıstanda fəaliyyətdə olan GUAM Klubu tərəfindən hazırlanan eyni adlı nəşrin ikinci sayının buraxılışı istiqamətində iş aparır. Nəşr 2008-ci ilin yanvar ayında dərc olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR