Bank Of Baku

USAID-in Avropa və Avrasiya şöbəsi üzrə Administrator müavini Azərbaycana səfərə gəlir

USAID-in Avropa və Avrasiya şöbəsi üzrə Administrator müavini Azərbaycana səfərə gəlir
# 04 yanvar 2008 18:59 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya şöbəsi üzrə Administrator müavini- Duqls Menarçik bu il yanvarın 6-da Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, Azərbaycana səfəri zamanı cənab Menarçik Azərbaycan hökumətinin nümayəndələri və USAİD-in ölkədəki tərəfdaş təşkilatlarlı ilə görüşlər keçirəcək. O, həmçinin USAİD-in Amerika xalqının dəstəyi ilə maliyyələşdirdiyi mühüm layihələrlə tanış olacaq. Bakıda və Azərbaycanın şimal-sərqində layihə icraçıları və faydalananlarla görüşəcək.
Qeyd edək ki, ABŞ prezidenti Corc Buş 16 yanvar 2007-ci ildə Duqls Menarçiki USAID-in Avropa və Avrasiya ölkələri üzrə Administrator müavini vəzifəsinə təyin edib. Menarçik ABŞ-ın xarici ölkələrə yardımı ilə təmin olunan Avropa və Avrasiyanın 23 ölkəsində iqtisadi inkişaf və maliyyə islahatı, demokratiyanın bərqərar olunması və sosial səhiyyə ilə bağlı layihələrə maliyyə dəstəyi verən təxminən 700 ABŞ dolları məbləğində illik büdcəni idarə edir.
Menarçik 2004-cü ildə Proqramların Əlaqələndirilməsi şöbəsində Administrator Müavini vəzifəsi ilə USAİD-də fəaliyyətə başlayıb. USAİD-dən əvvəl cənab Menarçik Corc Buş adına Prezident adına Kitabxanası və Muzeyin direktoru vəzifəsində çalışıb. O, həmçinin ali hərbi dövlət rəsmiləri üçün Dövlət Hərbi Universitetinin hərbi kollecinin direktoru vəzifəsində çalışmış və Almaniyanın Qarmiş şəhərində Strateji Təlimlər və Hərbi İqtisadiyyat üzrə Corc Marşal Avropa Mərkəzində Demokratik Hərbi İdarəetmə üzrə professor olub. Cənab Menarçik Pentaqonda Terrorizmlə mübarizə üzrə müavin vəzifəsində də çalışıb. Pentaqonda çalışdığı müddətdə o, Müdafiə Nazirliyinin terrorizmlə mübarizə üzrə strateji planını tərtib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR