Bank Of Baku

Azərbaycanın Bişkekdəki səfirliyinin rəsmi açılış mərasimi keçirilib

Azərbaycanın Bişkekdəki səfirliyinin rəsmi açılış mərasimi keçirilib
# 07 yanvar 2008 10:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin binasının rəsmi açılış mərasimi keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəsmi mərasimdə Qırğız Respublikasının xarici işlər naziri E. Karabayev, dövlət müşaviri P. Şəmşiyev, xalq yazıçısı Çingiz Aytmatov, ölkədə akkreditə olunmuş xarici ölkə səfirləri, dövlət orqanlarının nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və media mənsubları iştirak ediblər. Səfir Arif Ağayev Azərbaycan və Qırğızıstan arasında mövcud olan dostluq əlaqələrindən danışaraq, səfirliyin açılmasının ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Qırğız Respublikasının xarici işlər naziri E. Karabayev isə eyni tarixi köklərə malik iki xalq və dövlət arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Rəsmi çıxışlardan sonra Azərbaycanın dövlət himninin sədaları altında Azərbaycan bayrağı səfirliyin binası üzərinə qaldırılıb. Daha sonra qonaqlar səfirliyin binası ilə tanış edilib və rəsmi ziyafət verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR