Arif Məmmədov: “Səməd Seyidovun AŞ PA-nın vitse-prezidenti olmaq şansı daha çoxdur” EKSKLÜZİV
- Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirə olunacağı gözlənilirmi?
- Bu sessiyada Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb. Ola bilsin ki, sessiya zamani AŞ PA Bürosu səviyyəsində siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına cəhdlər olsun və bu məsələ müzakirəyə çıxarılsın. Lakin hesab edirəm ki, prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı buna çox yaxşı cavab oldu və bu fərmandan sonra belə məruzəçinin təyin edilməsi məsələsi aktuallığını itirir. Bu fərman müsbət addım kimi qəbul olunacaq. Biz əfv fərmanı ilə bağlı həm Avropa Şurası katibliyini, həm Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupunun rəhbərliyini, həm də AŞ PA-nı məlumatlandırmışıq. Sadəcə, bayramlarla bağlı, eyni zamanda Avropa Şurasında tətil olduğu üçün hələlik onlardan cavab almamışıq. Mən bu gün AŞ PA-nın baş katibi cənab Sorinosla görüşəcəyəm və görüşdə bu məsələ müzakirə olunacaq.
- Azərbaycanda medianın durumu AŞ PA Monitorinq Komitəsinin həmməruzəçilərini daim narahat edən məsələlərdəndir. Bu məsələ ətrafında müzakirələr keçirilə bilərmi?
- Venesiyada keçirilən iclasda bu məsələ ətrafında müzakirələr olmuşdu. Prezidentin son fərmanı bu məsələyə də cavab idi. Bundan sonra hansısa gərginliyin olacağını gözləmirəm. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti adından da qurumun rəhbərliyinə bu fərmanla və Azərbaycanda həyata keçirilən digər islahatlarla bağlı məktublar göndərilib. Ona görə də bu məsələ ətrafında hansısa çətinliklərin olacağını gözləmirik.
- Yevgeniya Jivkovanın Azərbaycan üzrə həmməruzəçi təyin olunmasına münasibətiniz necədir? Azərbaycanın bəzi müxalifət təmsilçiləri buna mənfi münasibət bildirib, bəziləri isə hətta onun həmməruzəçilikdən uzaqlaşdırılmasını təklif ediblər...
- Bilirsiniz ki, xanım Jivkovanın namizədliyini biz irəli sürməmişik. O, AŞ PA tərəfindən seçilən həmməruzəçidir. Buna görə də məsələyə nə bizim müdaxiləmiz mümkündür, nə də bu, müxalifətin razı olub-olmaması ilə həll edilən məsələdir. Əvvəlcə xanım Jivkovanın işi və bu işin nəticələri ilə tanış olmaq lazımdır. Ancaq indidən onunla bağlı hər hansı nəticəyə gəlmək düzgün deyil. Sözün düzü, bizim arzu etdiyimiz namizədlər vardı, açığını deyim ki, xanım Jivkovanın adı o siyahıda yox idi. Biz özümüz onun təyin olunduğunu bu qərar verildikdən sonra bildik. Bu baxımdan hesab edirəm ki, artıq dərəcədə emosional olmaq lazım deyil.
- Hazırda Avropa Şurası Azərbaycandan daha çox hansı öhdəliyi yerinə yetirilməsini istəyir?
- Bu yaxınlarda mənim baş katib və “Aqo” qrupunun rəhbəri ilə görüşlərim oldu. Bilirsiniz ki, mətbuatla bağlı vəziyyət narahatlığa səbəb olub. Avropa Şurasında problemin kökündə jurnalistlərin peşəkarlığı və etika məsələsinin də olduğunu anlayırlar. Ona görə Avropa Şurası bu məsələyə daha çox töhfə vermək, jurnalistlər üçün treninqlər keçirmək istəyir. Bu sahədə Azərbaycan hökuməti olaraq hər cür əməkdaşlığa hazır olduğumuzu bildirmişik, belə treninqlərin keçirilməsini arzulamışıq. Çünki jurnalist ilk növbədə peşəkar olaraq oxucusuna düzgün və həqiqətəuyğun məlumat çatdırmalıdır. Yanlış, havadan götürülmüş məlumatları yaymaq heç bir mətbuat orqanına başucalığı gətirmir. Buna görə də hazırda ən aktual məsələlərdən biri jurnalistikada etika məsələsidir və bu sahədə Avropa Şurası ilə əməkdaşlığa hazırıq.
- “Aqo” qrupunun Azərbaycana səfəri nəzərdə tutulurmu?
- “Aqo” qrupunun ölkəmizə növbəti səfəri bu il aprelin əvvəllərinə planlaşdırılır. Bu günlərdə qrupun rəhbəri Pyer Syörgenlə növbəti görüşümüz olacaq və səfərə hazırlıq işləri başlanacaq. Hələlik “Aqo” qrupunun səfər proqramı barədə məlumat yoxdur. Son səfər zamanı qrup üzvləri Azərbaycanda hökumət qurumları, müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri ilə çoxsaylı görüşlər keçiriblər. Hesab edirəm ki, bundan geniş səfər proqramına ehtiyac yoxdur. “Aqo” qrupu həmişə öz işinə çox məsuliyyətlə yanaşıb və inanmıram ki, səfər proqramına hansısa dəyişiklik etməyə ehtiyac olsun.
- Avropa Şurası rəhbərlərinin Azərbaycana, bizim rəsmilərin isə AŞ PA-nın qış sessiyası çərçivəsində Strasburqa səfərləri planlaşdırılırmı?
- Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev AŞ PA-nın qış sessiyası zamanı Strasburqa səfər edəcək. O, səfər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin sədri cənab Kosta və digər şəxslərlə görüş keçirəcək. Səfərdə məqsəd məhkəmənin strukturu ilə yaxından tanış olmaqdır. Avropa Şurasının baş katibi Terri Devis bizimlə görüş zamanı dedi ki, seçkilərə qədər Azərbaycana səfər etmək niyyətindədir. Amma səfərin dəqiq tarixi hələlik məlum deyil. Digər səfərlər barədə isə hər hansı məlumatımız yoxdur.
- AŞ PA prezidenti postuna namizədlər arasında Mixail Margelovun da adı çəkilir. Azərbaycan bu postda kimi görmək istəyir?
- Mixail Margelov AŞ PA-da tanınmış, kifayət qədər nüfuzu olan, müxtəlif siyasi qruplarla çalışan peşəkar parlamentardır. O, bir çox dilləri peşəkar səviyyədə bilir, insanlarla çox asanlıqla ünsiyyət qurur, çox yaxşı imicə malikdir. Ümumiyyətlə, bizim Margelovun namizədliyinə münasibətimiz müsbətdir. Amma onun AŞ PA prezidenti seçilib-seçilməyəcəyini indidən söyləmək çox çətindir. Onun seçilmək şansı çoxdur, amma AŞ PA-da Margelovun namizədliyinə qarşı çıxan deputatlar da var. Cənab Margelovun namizədliyi irəli sürülsə, biz onu dəstəkləməyə hazırıq.
- Rotasiya qaydasına görə, AŞ PA-nın vitse-prezidentlərindən biri azərbaycanlı olmalıdır. Bu posta Azərbaycan nümayəndə heyətinin üzvlərindən kimin namizədliyi irəli sürülüb?
- Prosedura görə, AŞ PA-nın prezidenti ilə yanaşı, vitse-prezidentlər də seçilməlidir. Bunlardan biri də Azərbaycandan olmalıdır. Hələlik bu posta kimin namizədliyinin irəli sürüləcəyini bilmirəm, amma hesab edirəm ki, nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun bu posta namizəd olması ehtimalı çox yüksəkdir. Bizim nümayəndə heyətimiz çox fəal olduğu üçün onlardan hər biri bu posta seçilə bilər, amma nümayəndə heyətinin rəhbəri kimi Səməd Seyidovun vitse-prezident olmaq şansı daha çoxdur.
- Slovakiyanın Avropa Şurası Nazirlər Kabinetinə rəhbərliyini necə qiymətləndirirsiniz?
- Slovakiyanın Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri çox savadlı şəxsdir, onunla şəxsi münasibətlərimiz çox yüksək səviyyədədir. Bir zamanlar o da ölkəsinin Avropa İttifaqı yanında nümayəndəliyində çalışıb və o zamandan aramızda normal münasibətlər var. Nümayəndələr Komitəsində çıxışlar zamanı elə vaxtlar olub ki, Slovakiya səfiri bizi dəstəkləyib, bizim mövqeyimizin dəstəklənməsində müsbət rolu olub. Ümumiyyətlə, Slovakiyanın bu quruma sədrliyi ilə əlaqədar heç bir problem gözləmirik. Slovakiya Avropa İttifaqının üzvü olduqdan sonra bir çox məsələlərdə, o cümlədən Dağlıq Qarabağ və digər məsələlərdə mövqeyi Avropa İttifaqı ilə eyni olacaq. Avropa İttifaqı ölkələri çalışır ki, münaqişələr və seçkilərlə bağlı ümumi xətt tutsunlar. Ona görə də hesab edirəm ki, Slovakiyanın mövqeyi Avropa ittifaqının mövqeyindən fərqlənməyəcək.
- Slovakiya səfiri cənab Kocar Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı vəziyyəti öyrənmək üçün xarici işlər naziri Yan Kubişin regiona səfər edəcəyini bildirmişdi...
- Slovakiyanın xarici işlər naziri Yan Kubiş tanınmış diplomatdır, ATƏT-də məsul vəzifələrdə işləyib, Avropa İttifaqının Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi olub. Cənab Kubiş həm Dağlıq Qarabağ münaqişəsi ilə yaxından tanışdır, həm də regionu yaxşı tanıyır. O, Avropa Şurasına sədrlik edən Slovakiyanın xarici işlər naziri kimi regiona səfər edə bilər və bunu yalnız dəstəkləyə bilərik. Bir daha qeyd edim ki, o, təcrübəli şəxs kimi münaqişənin tarixini bilir və ümumiyyətlə, yaxşı təəssürat bağışlayan adamdır. Azərbaycanda da ona hörmətlə yanaşırlar.
- Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Avropa Şurası hər hansı layihələr həyata keçirəcəkmi?
- Avropa Şurasının seçkiləri dəstəkləmək proqramı var və artıq bu layihə hazırlanaraq Azərbaycan hökumətinə təqdim edilib. Bu, xoşniyyətli sənəddir, layihənin məqsədi seçkilərin şəffaf və demokratik keçirilməsinə yardım göstərməkdən ibarətdir. Bizim bu sənədə heç bir etirazımız yoxdur və əvvəlki seçkilərdə olduğumuz kimi, yenə də Avropa Şurası ilə əməkdaşlığa hazırıq.
- Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nizamnaməsinə edilən dəyişikliklərdən biri ölkələrin nümayəndə heyətlərinin tərkibinin ən azı 30 faizinin qadınlardan ibarət olması ilə bağlıdır. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin tam tərkibi kişilərdir. Bu nizamnamə dəyişikliyindən sonra missiyanın tərkibində dəyişiklik ediləcəkmi?
- Bu, bir qədər problemi məsələdir, bizim nümayəndə heyətinin tərkibində faktiki olaraq qadın yoxdur. Amma heyətin 30 faizinin qadınlardan ibarət olması şərt kimi irəli sürülməyib. Bu, sadəcə, bir niyyətdir və yaxşı olardı ki, nümayəndə heyətlərinin tərkibində qadınlar da olsun. Biz öz tərəfimizdən bu niyyəti dəstəkləyirik. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində təmsil olunan nümayəndə heyətimizin tərkibində dəyişiklik olması mümkündür. Avropa Şurası bütün sahələrdə gender məsələsinə üstünlük verirlər.
- Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı çıxarılan qərarlara münasibətiniz necədir?
- Bilirsiniz ki, bu, dövlətə qarşı çıxarılan qərar deyil. Şəxs məhkum olunan zaman hansısa qanun pozuntusuna yol verilibsə, bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında öz əksini tapır. Həbs olunma mərhələsindən məhkum olunmağa qədər hansı qanun pozuntularına yol verildiyini hüquq müdafiəçiləri və vəkillər yaxşı bilirlər. Onlar bu mexanizmləri gözəl mənimsəyiblər. Əvvəllər şikayətlər qeyri-peşəkar səviyyədə hazırlanaraq bu məhkəmə instansiyasına təqdim olunurdu, bu səbəbdən həmin sənədlər çox vaxt baxılmadan qaytarılırdı. İndi isə bu sənədlərin hazırlanması ilə məşğul olan peşəkar hüquqşünaslar yetişir və onlar təqdim olunan işi məhkəmədən necə keçirməyin mexanizmlərini bilirlər. Ona görə də hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərin sayı çoxalmaqdadır. Ancaq bu proses təkcə Azərbaycanda deyil, digər ölkələrdə də baş verir. Burada qeyri-adi şey yoxdur. Son zamanlar biz Avropa məkanına inteqrasiya etdikcə, Azərbaycanda insanlar bu prosesdən yararlanmağa çalışırlar. Bunu normal hal kimi qəbul edirik. /APA/

Xarici siyasət
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq